📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməliyyatdan sonra erməni spikerin vəziyyəti pisləşdi

2023-08-29 16:58:56

Əməliyyatdan sonra erməni spikerin vəziyyəti pisləşdi

İlin əvvəlində qolunu sındıran Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın keçirdiyi ağır əməliyyatdan sonra vəziyyəti pisləşib.

Hurriyyet.az “Hraparak”a istinadla xəbər verir ki, əməliyyat zamanı ciddi fəsadlar yaranıb və həkimlər xəstənin vəziyyətini stabilləşdirmək üçün xeyli səy göstəriblər. 

Qəzet yazır ki, narkozdan çıxandan sonra MM sədrinin vəziyyəti yenidən pisləşib. Məlumata görə, narkozun mənfi təsirlərini azaltmaq üçün həkimlər onu yenidən yatırtmalı olublar. 

Hazırda Alen Simonyanın səhhətindəki vəziyyət qənaətbəxş olsa da, o, həkimlərin nəzarəti altında reanimasiya şöbəsindədir.