📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Əməliyyatın məqsədi Zelenskinin şəxsən məhv edilməsidir”

2022-02-25 13:37:00

“Əməliyyatın məqsədi Zelenskinin şəxsən məhv edilməsidir”

“Rusiyanın Ukraynadakı əməliyyatının əsas məqsədi Prezident Vladimir Zelenskinin şəxsən məhv edilməsidir”.

Hurriyyet.az “strana.news”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak brifinqdə bildirib.

Prezident Ofisi hesab edir ki, qarşıdakı günlər ən çətin günlər olacaq.

Podolyak, həmçinin Ukrayna Silahlı Qüvvələrinin geri çəkildiyi, məğlub olduğu və təslim olduğu barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, əsas magistrallar Ukraynanın nəzarətindədir və əvvəlki qaydada işləyir.