📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb

2022-05-20 20:02:00

Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb

Qazaxıstanın "Turan" komandasında çıxış edən Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb.

Yığmanın baş məşqçisi Canni De Byazi 28 yaşlı qapıçını Qazaxıstan, Belarus və Slovakiya ilə UEFA Millətlər Liqasının oyunlarına çağırıb.

Təcrübəli qolkiper bu ilin martında Malta və Latviya seçmələrinə qarşı keçirilmiş yoldaşlıq matçları üçün heyətə cəlb olunmamışdı.

Qeyd edək ki, martın 4-də "Turan" klubu ilə müqavilə bağlayan Emil Balayev Türkestan təmsilçisində cəmi 1 oyun keçirib. \\Report