📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Emin bu restorana 1 milyon dollar xərclədi

2021-09-24 14:04:00

Emin bu restorana 1 milyon dollar xərclədi

Xalq artisti Emin Ağalarov yeni biznesi üçün 1 milyon dollar (1,7 milyon manat) vəsait sərf edib.

Hurriyyet.az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin yeni restoranı bu ilin sonunda açılacaq. Məkan Moskvada yeni alış-veriş mərkəzində yerləşir.

Emin bildirib ki, restoranda çin mətbəxi yer alacaq. İfaçı restoranın investorunun özü olduğunu söyləyib. O, məkan üçün qoyduğu investiyaya restoranın yerləşdiyi ərazinin, dekorun və qab-qacağın daxil olduğunu söyləyib.

Qeyd edək ki, Eminin nümayəndəsi onun ümumilikdə 50-yə yaxın restoranı olduğunu deyib.