📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Emin Əmrullayev bir şagirdin təhsili üçün xərclənən vəsaiti açıqlayıb

2023-12-15 12:45:03

Emin Əmrullayev bir şagirdin təhsili üçün xərclənən vəsaiti açıqlayıb

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə bir şagirdin təhsili üçün il ərzində xərclənən vəsaiti açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, nazir Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir.

"Bu da demək olar özəl təhsil müəssisəsi ilə eynidir. Amma nəticə aşağıdır", - o vurğulayıb.

Nazir bildirib ki, Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır: "Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik".

report.az