Emin Əmrullayev müəllimlərin sertifikatlaşdırılmasının məqsədini açıqlandı
2023-10-14 14:38:45
“Azərbaycan məktəbliləri bu il beynəlxalq fənn olimpiyadalarında 57 medal qazanıblar”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib:
“2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək. Ölkəmizdə sertifikasiya imtahanının keçirilməsi bir yenilikdir. Bu tədbirlər müəllim nüfuzunun, rifahının artırılmasına yönəlib”.
report.az