📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb

2026-02-02 21:26:54

Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bu ölkənin təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə E.Əmrullayev "X"dəki hesabında məlumat yayıb.

Görüş çərçivəsində iki ölkə arasında ali və peşə təhsili sahələrində əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb.