📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Emin Əmrullayevdən "özəl" Müəllimlər Günü MESAJI - Təhsil naziri Azərbaycan şriftlərindən istifadə etmir

2022-10-05 16:40:00

Emin Əmrullayevdən

Elm və təhsil naziri Emin Əmrullayevin 5 oktyabr – Müəllimlər Günü münasibətilə müəllimlərə göndərdiyi təbrik məktubu geniş müzakirələrə səbəb olub.

Hurriyyet.az
yenicag.az-a istinadla xəbər verir ki, nazirin adından 150 mindən çox müəllimin telefonuna təbrik mesajı göndərilib.

“Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!”, – deyə qeyd olunan mesajda ingilis şriftlərindən istifadə olunması birmənalı qarşılanmayıb.

Xüsusən də ölkənin təhsil sektorunu təmsil edən bir qurumun nazirinin bu addımı tənqidlə qarşılanıb. Nazirin düzgün yazılış qaydasından istifadə etməməsi doğma dilimizə hörmətsizlik kimi qəbul edilib.

Sözügedən təbrik məktubunu təqdim edirik:

Emin Əmrullayevdən