📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

2023-02-07 09:26:00

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüz üçün ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan tviter hesabında paylaşıb.

Ə. Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib. (qafqazinfo)