"Əminəm ki, tezliklə ermənilər "Fransa da bizi satdı", deyəcəklər, çünki..." - NATİQ CƏFƏRLİ
"Əgər özləri-özləri ilə dost olmağı, miflərini yenməyi bacarsalar, hər şey düzələcək, bölgəmizə sülh gələcək"
"Ermənistanda son 3 ildir ki, əsas da bu ilin sentyabrından sonra "Rusiya bizi satdı, əsas dostumuz İrandır", deyirdilər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Azərbaycan-İran arasında yeni yaxınlaşmanın baş verdiyini vurğulayan politoloqun sözlərinə görə, son günlər Araz çayı üzərindən körpünün təməlinin qoyulmasından, Naxçıvana yolun açılması anlaşmasından sonra ermənilər "əşi, İran da "busurmandır" (avropalıların müsəlmanlara verdiyi təhqiramiz ad -V.B.), onlar da bizi satdı", deyərək, "əsas dostumuz Fransadır" bağırırlar: "Əminəm ki, tezliklə "yox e, Fransa da bizi satdı", deyəcəklər. Çünki onların problemi digər ölkələr deyil, özləridir. Əgər özləri-özləri ilə dost olmağı, miflərini yenməyi bacarsalar, hər şey düzələcək, bölgəmizə sülh gələcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az