📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əmir-Abdullahian: “Ümidvarıq ki, Rusiya Vyana razılaşmasını alqışlayacaq“

2022-03-15 14:09:00

Əmir-Abdullahian: “Ümidvarıq ki, Rusiya Vyana razılaşmasını alqışlayacaq“

"Ümid edirik ki, Rusiya Vyanada yaxşı razılaşmanı alqışlayacaq".

Hurriyyet.az ISNA-ya istinadla xəbər verir ki, bunu bu gün Moskvaya yollanmış İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.

"Biz bütün dünyada müharibəni pisləyirik. Həm də ölkələrə qarşı birtərəfli sanksiyaları problemlərin həlli üçün yaxşı vasitə saymırıq. İran üçün siyasi həll böhrandan ən uyğun çıxış yoludur", - deyə nazir Ukraynada baş verən müharibəyə toxunub.

Vyanada aparılan və hazırda gedişinə fasilə verilmiş nüvə danışıqlarına dair nazir deyib:

"Media iddialarının əksinə, vəzifədaşımızla məsləhətləşmələrdə aydın oldu ki, Rusiya İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqları dəstəkləməyə davam edir. Moskva yaxşı, davamlı və əsaslı razılaşmanı alqışlayır".