Əmlak şirkətinin əməkdaşına elektron qolbaq taxıldı - QƏRAR
2024-03-06 17:50:00
Bakı Apellyasiya Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Cəfər Cəfərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hurriyyet.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Cəfər Cəfərov “New Life” əmlak şirkətində vasitəçi vəzifəsində işləyib. O, çalışdığı müddət ərzində şirkətin 49 743 manat pulunu mənimsəmə yolu ilə ələ keçirib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.