Emmanuel Makron İsraildə səfərdədir - VİDEO
2023-10-24 09:53:09
Fransa Prezidenti Emmanuel Makronun təyyarəsi İsrailin Təl-Əviv şəhərinin Ben-Qurion hava limanına eniş edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Makronun səfəri həlak olanların ailələrini ziyarət etməklə başlayacaq.
Qeyd edək ki, "Həmas"ın hücumu nəticəsində 30 fransız həlak olub, 7 nəfər isə itkin düşüb.
axar.az