📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Emmanuel Makronun mövqeyi iyrəncdir” - Kuleba

2022-12-09 10:13:00

“Emmanuel Makronun mövqeyi iyrəncdir” - Kuleba

“Fransa prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir”.

Hurriyyet.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter“də yazıb.

“Fevraldan bəri Rusiya 184 ukraynalı idmançını öldürüb. İndi də cənab Bax Emmanuel Makrondan sitat gətirir ki, guya “idman siyasiləşdirilməməlidir” və Ukrayna, Rusiya və Belarus idmançılarına bərabər münasibət göstərilməlidir. Müharibə cinayətlərini ağartmaq üçün idmandan istifadə iyrəncdir”, - deyə Kuleba bildirib.

Qeyd edək ki, “Paris-2024” Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır. (APA)