📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Emreli Modriçlə komanda yoldaşı olur?

2023-09-16 19:46:36

Emreli Modriçlə komanda yoldaşı olur?

Madrid "Real"ının ulduz futbolçusu Luka Modriç Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qayıda bilər.

Bununla bağlı klubun rəsmisi Vlatko Peras danışıb. O bildirib ki, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklər.

Qeyd edək ki, Zaqreb təmsilçisinin yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib.

Əlavə edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli də "Dinamo"nun uğurları üçün çalışır. \\Offsideplus.Az