📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

2026-03-31 11:44:11

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 1% artaraq 4 603 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,74% bahalaşaraq 72,5 ABŞ dolları təşkil edib.