📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ən böyük ərazi itkilərimiz bu istiqamətdə olub - general Arakel Martikyan

2022-09-30 11:03:00

Ən böyük ərazi itkilərimiz bu istiqamətdə olub - general Arakel Martikyan

Sentyabrın 13-14-də Azərbaycan ordusu Basarkeçər (Vardenis) istiqamətində taktiki baxımdan olmasa da, strateji baxımdan mühüm olan bir neçə döyüş mövqeyini ələ keçirə bilib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan deyib.

Martikyan qeyd edib ki, ən böyük ərazi itkiləri Cermuk istiqamətində olub.

“Burada ciddi ərazi irəliləyişinin olduğunu söyləmək olmaz, onlar bir neçə döyüş mövqeyini ələ keçirə biliblər. Amma o döyüş mövqeləri taktiki baxımdan deyil, strateji baxımdan önəmlidir, çünki onlar bizim yaşayış məntəqələrimizin düz üstündə yerləşirlər və Azərbaycan ordusu yollarımıza, marşrutlarımıza müəyyən nəzarət yarada bilər. Ən əsası, onların iştirakı ilə yaxınlıqdakı kəndlərin sakinlərinə mənəvi təzyiq göstərirlər”, - Baş Qərargah rəisinin müavini qeyd edib.