📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ən böyük ixrac sazişi! “Baykar” şirkəti ilə Səudiyyə Ərəbistanı arasında imzalanıb

2023-07-18 14:58:00

Ən böyük ixrac sazişi! “Baykar” şirkəti ilə Səudiyyə Ərəbistanı arasında imzalanıb

Hurriyyet.az xəbər verir ki, Türkiyənin PUA istehsalçısı olan “Baykar” şirkəti Səudiyyə Ərəbistanı ilə müqavilə imzaladığını bəyan edib.

Şirkətin “Tvitter” hesabındakı açıqlamasında yazılıb: “Baykar” ilə Səudiyyə Ərəbistanının arasında “Akıncı” silahlı dronlarının ixrac edilməsi ilə bağlı müqavilə imzaladıq. “Akıncı” Səudiyyə Ərəbistanı Krallığının HHQ və HDQ-də xidmət edəcək”.

Şirkətin baş direktoru Haluk Bayraktar  Ər-Riyadla imzalanmış razılaşmanın “Türkiyə Respublikasının tarixində aviasiya və müdafiə sənayesi tarixində ən böyük ixrac müqaviləsi” olduğunu söyləyib.

Sənədlər Türkiyə Prezidenti R.T.Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanıb.

Hürr Tərcüman.