📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ən gənc və ən yaşlı deputat onlardır

2024-09-02 10:28:11

Ən gənc və ən yaşlı deputat onlardır

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Açıqlamada seçki dairələri üzrə lider namizədlərin adları da yer alıb.

Hurriyyet.az-ın məlumatına görə, deputat seçilən ən gənc namizəd Səbinə Xasayevadır.

O, 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən mandat qazanıb. 31 yaşlı siyasətçi ikinci dəfədir deputat seçilir.

84 yaşlı Ziyad Səmədzadə isə VII çağırışın ən qocaman deputatı olacaq. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadə Ali Sovetin də deputatı olub.

modern.az