📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ən güclü ordulara sahib ölkələrin reytinqi açıqlandı

2023-10-31 16:45:33

Ən güclü ordulara sahib ölkələrin reytinqi açıqlandı

Amerikanın "US News & World Report" jurnalı ən güclü silahlı qüvvələrə sahib ölkələrin reytinqini açıqlayıb.

Hurriyyet.az "qafqazinfo"ya istinadən xəbər verir ki,  reytinqin ilk pilləsində Rusiya qərarlaşıb.

İkinci pillədə ABŞ, üçüncüdə isə Çin yer alıb. Eyni zamanda, ən güclü orduya sahib ölkələrin siyahısına İsrail, Cənubi Koreya, Ukrayna, İran, Böyük Britaniya, Almaniya və Türkiyə də daxil olub.

Jurnalın məlumatına görə, sözügedən reytinq qlobal sorğu əsasında təşkil edilib.