📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ən pis ssenarilər yaşana bilər" - Orbandan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı

2024-05-27 16:26:51

“Brüsselin müharibə psixozuna son qoyulmasa, yaxın illərdə baş verən prosesləri Üçüncü Dünya Müharibəsinin başlanğıcı, hətta bir hissəsi adlandıracağıq".

Hurriyyet.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban "YouTube" kanalı "Patriota"-ya müsahibəsində deyib.

Orban avropalı siyasətçilərin nüvə silahını çəkindirici element olaraq gördüklərini, lakin münaqişənin əvvəlində düşünmədikləri ən pis ssenarilərin baş verə biləcəyini deyib:“Məncə, Avropa siyasətçiləri nüvə bombasını taktiki bir çəkindirmə vasitəsi olaraq görürlər. Amma müharibənin əvvəlində düşünmədikləri şeylər müharibənin sonunda baş verə, ən pis ssenarilər yaşana bilər".

Orbanın sözlərinə görə, NATO Ukraynadakı münaqişənin tərəfinə çevrilmək istəyir. O, həmçinin ümumi hərbi xidmətin Avropa Birliyinə qaytarılması ideyasını dəlilik kimi qiymətləndirərək, Budapeştin Macarıstan vətəndaşlarının xidmətinin "Almaniya və ya Brüsseldə" qərar verilməsinə qarşı olduğunu bildirib.

"Biz istəmirik ki, onlar hərbi yaşda olan gənclərimizin harasa göndərilməsi barədə qərar versin. Hərbi çağırışın olduğu ümumavropa ordusunu unutmalıyıq. Bu, yaxşı fikir deyil", - Orban deyib.

Azpolitika.info