📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

2025-01-29 23:40:42

 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

Bu gün keçirilən bələdiyyə seçkiləri üzrə səsvermədə ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb.
Hurriyyet.az xəbər verir ki, burada seçici fəallığı 38,50 faiz olub.
Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir.
Burada aktivlik göstəricisi 24,45 faizdir.