Epilepsiyadan əziyyət çəkən 4 yaşlı Hüseynə YARDIM EDƏK
Tovuz rayonu Qovlar qəsəbə sakini Gülnar Mübariz qızı Ələsova redaksiyamıza müraciət edərək bildirir ki, oğlu Hüseyn Ələsov epilepsiya xəstəliyindən əziyyət çəkir. O qeyd edir ki, oğlu 4 yaşlı Hüseynin başında şiş var. Acınacaqlı vəziyyətdə yaşayan ailə övladını həkim müayinəsinə apara bilmir.Gülnar Ələsova saytımız vasitəsilə imkanlı şəxslərdən köməklik olunmasını xahiş edib:
"Oğlum iki yaşından epilepsiya xəstəsidir. İnidiyənə qədər bütün müalicə prosedrurlarını öz hesabımıza elətdirmişik. Hazırda isə övladımın 4 yaşı var. Tovuzdan Bakıya müaniyə gətirdik. Həkimlər oğluma başının sol tərəfində şiş olması ilə bağlı dioqnoz qoyublar. Uşağı bu ay müaniyə aparmalıyıq. Lakin maddi durumumuz acınaqlı olduğuna görə apara bilmirik. Hazırda Qarayevdə yataqxanada tanışımızın evində qalırıq".
YƏHYA


.jpeg)