"Əpl" şirkətinin növbəti layihəsi: xidmətçi robot
Hurriyyet.az TRT kanalına istinadla xəbər verir ki, "Əpl" ("Apple") şirkəti gələcəkdə robot xidmətçi istehsal edə bilər. Layihənin reallaşdırılması üçün qruplar yaradılıb.
"Blumberq" nəşrinin yazdığına görə, "ağıllı avtomobil" layihəsinin təxirə salınmasından sonra şirkət fəaliyyət istiqamətini yeni layihəyə yönəldib. Layihənin hədəfi evdə istifadə edilə bilən fərdi mobil robot hazırlamaqdır.
Mühəndislər robotun otaqlarda gəzməsinə yardım eləmək üçün süni intellekt modellərindən istifadə eləmək niyyətindədirlər. Ətraf aləmi görmək üçün robotlara kameraların və sensorların quraşdırılması gərək olacaq. Nəşrə məlumat verən mənbələr "Əpl" mühəndislərinin evdə təmizlik işi görmək və qabları qumaq kimi gündəlik işləri həll edə biləcək, tamamilə müstəqil robot hazırlamağa çalışdıqlarını bildiriblər.
Hürr Tərcüman