Əqrəb zəhəri koronovirusun padzəhəri olacaq?
2021-11-09 15:01:00
Hurriyyet.az “Haber Qlobal” portalına istinadən xəbər verir ki, alimlər indiyədək 5 milyon nəfərin ölümünə səbəb olan yeni tipli koronavirusa qarşı yeni bir araşdırma aparmağa başlayıblar. Misir səhralarında yaşayan əqrəbin zəhərindən istifadə edən Misir və Britaniya tədqiqatçıları koronavirusun insan hüceyrələrinə daxil olmasının qarşısını alan bir dərman hazırladıqlarını bildiriblər.
Araşdırma Süveyş Kanalı Universiteti ilə Aberdin Universiteti tərəfindən aparılır.
Hürr Tərcüman