📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ər-arvad Qəbələ sakinini hədələdilər

2023-07-29 17:40:00

Ər-arvad Qəbələ sakinini hədələdilər

İsmayıllı şəhər sakini, 1969-cu il təvəllüdlü A.Səlimov şantajla üzləşdiyini bildirir.

Hurriyyet.az xəbər verir ki, 54 yaşlı şəxs İsmayıllı RPŞ-yə müraciət edərək Qəbələ sakini olan 2 nəfər tərəfindən hədələndiyini bildirib.

O qeyd edib ki, Qəbələ sakini olan 1993-cü il təvəllüdlü R.D. və əri ondan hədə-qorxu yolu ilə pul tələb ediblər.

Şikayətçi həmin şəxslərin onu ölümlə hədələdiyini də əlavə edib.

Müraciətlə bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.