Ər-arvad qəzaya düşdü: Qadının boynu sındı
2023-07-26 09:11:00
Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hurriyyet.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cü il təvəllüdlü Vidadi Camal oğlu Xudiyev və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Pərvanə Əhməd qızı Xudiyeva xəsarət alıb.
Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.