📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ər-Riyad limanı yaxınlığında güclü partlayış

2026-09-19 20:26:30

Ər-Riyad limanı yaxınlığında güclü partlayış

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın beynəlxalq hava limanı yaxınlığında dövlətə məxsus neft şirkəti “Saudi Aramco”nun yanacaq çənlərindən biri yanıb.

Modern.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentliyin hadisə yerində olan müxbirinin məlumatına görə, üzərində “Aramco” loqosu görünən yanacaq çənini alov bürüyüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və onlar alovu söndürməyə çalışıblar.

Ər-Riyad sakinləri şəhərdə partlayış səsləri eşitdiklərini bildiriblər. 

Hadisədən sonra Kral Xalid Beynəlxalq Hava Limanında uçuşlarla bağlı ciddi gecikmələr və bəzi reyslərin ləğvi barədə məlumatlar yayılıb. 

Hadisədən əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti Ər-Riyad və digər şəhərlərin sakinlərinə hava təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Daha sonra təhlükənin aradan qalxdığı açıqlanıb.

Hazırda yanğının dəqiq səbəbi, hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması, eləcə də maddi ziyanın həcmi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.