Əraqçi ilk addımı atmağa hazırdır
2025-04-24 17:38:23
Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilk addımı atmağa və Tehranın nüvə proqramı ilə bağlı vəziyyəti nizamlamaq məqsədilə "Avropa üçlüyü" (Almaniya, Böyük Britaniya və Fransa) ilə danışıqlara yenidən başlamaq üçün Berlin, London və Paris şəhərlərinə səfərlər etməyə hazır olduğunu bildirib.
Nazir X şəbəkəsindəki səhifəsində yazıb: "Mən yenidən diplomatiya təklif edirəm. Bu yaxınlarda Moskva və Pekində keçirdiyim məşvərətlərdən sonra birinci addımı atmağa və Paris, Berlin və Londona səfərlər etməyə hazıram. Mən İranın ABŞ ilə vasitəli danışıqlar aparmağa başlamasından əvvəl də bunu etməyə hazır idim. Lakin "avroüçlük" imtina etdi".
Hürr Tərcüman