📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əraqçi İslamabaddan Rusiyaya getdi

2026-04-27 10:35:19

Əraqçi İslamabaddan Rusiyaya getdi

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edib.

Hurriyyet.az  xəbər verir ki, nazirin bu saatlarda Sankt-Peterburqa getdiyi, orada Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi bildirilir.

Qeyd olunur ki, səfəri zamanı İran xarici işlər naziri Yaxın Şərq münaqişəsinin həllini müzakirə etməyi planlaşdırır. Rusiya Xarici İşlər Nazirliyi TASS-a Əraqçinin "danışıqlar məqsədilə Rusiyaya səfər etdiyini" təsdiqləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin İran naziri ilə görüşünün planlaşdırıldığını bildirib.

Xatırladaq ki, Əraqçi Rusiyaya Pakistandan gedib. O, Pakistan rəsmiləri ilə görüşərək, ölkəsinin danışıqlar üçün ABŞ-a təkliflərini çatdırıb.