📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əraqçi Rusiyaya təşəkkür etdi

2026-04-28 10:08:21

Əraqçi Rusiyaya təşəkkür etdi

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Tehranın Moskvanın həmrəyliyini və diplomatik dəstəyini alqışladığını bildirib.

Musavat.com xəbər verir ki, nazir bu barədə X hesabında paylaşım edib:

“Regionda baş verən əhəmiyyətli dəyişikliklər fonunda Rusiya ilə ən yüksək səviyyələrdə əlaqə qurmaqdan məmnunuq. Son hadisələr strateji tərəfdaşlığımızın dərinliyini və gücünü təsdiqləyib. Həmrəyliyə görə minnətdarıq və Rusiyanın diplomatik fəaliyyətdəki dəstəyini alqışlayırıq".

Paylaşıma Əraqçinin Putin və Rusiya xarici işlər naziri Sergey Lavrovla birlikdə çəkdirdiyi fotoşəkillər əlavə olunub.