📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əraqçi və Rafael Qrossi ABŞ ilə nüvə danışıqlarını müzakirə etdilər

2026-02-16 23:28:18

Əraqçi və Rafael Qrossi ABŞ ilə nüvə danışıqlarını müzakirə etdilər

Cenevrədə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossi arasında görüş baş tutub.

Publika.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə İran-AEBA əməkdaşlığı müzakirə olunub.

Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarında İranın mövqeyi barədə Rafael Qrossini məlumatlandırıb.