📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əraqçidən türk dilində təşəkkür mesajı

2026-03-13 22:11:59

Əraqçidən türk dilində təşəkkür mesajı

"Bu mübarək Ramazan günlərində qardaş türk xalqının və dost Türkiyənin İran xalqına duaları və həmrəyliyi bizim üçün böyük bir güc və mənəviyyat mənbəyidir".

"Unikal" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu türk dilində sosial şəbəkə hesabında yazıb. 

"İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək. Ədalət və sülhün zəfər çalacağına inanırıq. Dualarınız və dəstəyiniz üçün sizə səmimi qəlbdən təşəkkür edirik", - deyə o qeyd edib.