📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əraqçının bu addımı Trampı İrana hücumdan DAŞINDIRDI

2026-08-02 21:16:45

Əraqçının bu addımı Trampı İrana hücumdan DAŞINDIRDI

İranın xarici işlər naziri Abbas Əraqçının Hörmüz boğazının açılmasına dair kompromis təklifini qəbul etməsi ABŞ-nin İrana qarşı planlaşdırılan hərbi hücumunu dayandırmasına səbəb olub.

Hurriyyet.Media xəbər verir ki, bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.

Məlumata görə, Qətər və ABŞ vasitəçiləri tərəfindən hazırlanmış xüsusi təklif dünən gecə Əraqçı tərəfindən qəbul edilib.

Telekanalın diplomatik mənbələri bildirir ki, İran XİN rəhbərinin bu müsbət cavabı ABŞ prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi əməliyyatı saxlamasında əsas amillərdən biri kimi qiymətləndirilir.