📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addım qətiyyətlə cavablandırılacaq” XİN-DƏN AÇIQLAMA

2021-07-28 10:29:00

“Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addım qətiyyətlə cavablandırılacaq” XİN-DƏN AÇIQLAMA

Azərbaycan XİN Ermənistanla sərhəddəki durumla bağlı bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, 28 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.

Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq”.