📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərazi savaşı – Uqandada meymunlarla insanlar bir-birini öldürürlər

2022-07-21 17:10:00

Ərazi savaşı – Uqandada meymunlarla insanlar bir-birini öldürürlər

Hurriyyet.az “Sabah” nəşrinə istinadla xəbər verir ki, Uqandada yaşayış ərazilərinin məhv olunması səbəbindən vəhşiləşmiş meymunlar son 6 ay ərzində 4 uşağı öldürüblər.

Uqandanın Buqala bölgəsində yaşayan Vilyam Muqulusi “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında meşələrin yaxınlığına kəndlər salınması səbəbindən şimpanzelərin daha da vəhşiləşdiyini, son 6 ay ərzində meymunların 4 uşağı öldürdüyünü, 10 kəndlini isə yaraladığını söyləyib. Onun sözlərinə görə, şəkər qamışı və digər bitkiləri əkmək üçün insanlar meymunların əsrlərlə yaşadıqları əraziləri məhv ediblər.

Şimpanzelər ən çox qadın və uşaqlara hücum edirlər. Polis əməkdaşı Ceyms Osayke son 6 ay ərzində 15 şimpanzenin insanlar tərəfindən öldürüldüyünü deyib.

Hürr Tərcüman