Ərdoğan 9-cu dəfə baba oldu
2024-01-09 17:57:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9-cu nəvəsi dünyaya gəlib.
Hurriyyet.az xəbər verir ki, Ərdoğanın qızı Sümeyye Bayraktar ikinci övladını dünyaya gətirib.
Ərdoğan Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib, nəvəsi və qızının sağlamlıq vəziyyəti ilə bağlı məlumat alıb. Körpəyə Asım Özdemir adının qoyulduğu bildirilib.
Ərdoğanı xəstəxanaya ziyarəti zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.
yeniavaz.com
Qeyd edək ki, Prezident Ərdoğanın Esra-Berat Albayrak cütlüyündən 4, Bilal-Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.