📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan ABŞ-a səfərə hazırlaşır

2022-09-07 19:19:00

Ərdoğan ABŞ-a səfərə hazırlaşır

Hürriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə ABŞ-a səfər edəcək. Bu barədə məlumatı Türkiyə dövlət başçısının ofisindəki mənbə verib.

O, Ərdoğanın səfərinin sentyabrın 17-dən 22-dək davam edəcəyini qeyd edib.

Türkiyə liderinin ABŞ-a getməzdən əvvəl Səmərqəndə səfər edəcəyi və burada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.

Hürr Tərcüman