Ərdoğan: “ABŞ həmin əraziləri tərk eləməlidir”
2022-07-20 18:59:00
Hurriyyet.az xəbər verir ki, Tehranda RF Prezidenti V.Putin və İran Prezidenti İ.Rəisi ilə görüşdən sonra İran səfərindən geri dönərkən təyyarədə jurnalislərin suallarına cavab verən Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ-ın Fərat çayının şərq sahilini tərk eləməli olduğunu bildirərək deyib: “Suriya sərhədindən 30 kilometr cənuba qədər terror təşkilatları ilə mübarizəmizdə Rusiya ilə İranın yanımızda olmasını istəyirik. Bizə lazımi dəstəyi verməlidirlər”.
Ərdoğan deyib: “Amerika hazırda Fərat çayının şərqini tərk eləməlidir. Astana prosesindən çıxan nəticə budur. Deyirlər ki, Amerika hərbçilərini Fərat çayının şərqindən çıxarsın. İndi buradan çıxacaq nəticəni Türkiyə də gözləyir”.
Hürr Tərcüman