Ərdoğan: "ABŞ ilə Britaniya Qırmızı dənizi qan dənizinə çevirmək istəyirlər" - VİDEO
2024-01-12 16:16:43
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ ilə Böyük Britaniyanın Yəməndəki husilərə zərbə endirmək üçün qeyri-bərabər gücdən istifadə elədiklərini və Qırmızı dənizi "qan dənizi"nə çevirmək istədiklərini deyib. Prezident Ərdoğan deyib: "Onlar qeyri-bərabər güc tətbiq ediblər. Qırmızı dənizi qan dənizinə çevirməyə çalışırlar. İsrail eyni şeyi Fələstində edir".
Ərdoğan "Türkiyənin bir çox kanallardan məlumat aldığını və husilərin ABŞ-ın addımlarına uğurla cavab verdiklərini" söyləyib.
Hürr Tərcüman