📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Afrika liderləri ilə görüşdü

2021-12-17 17:57:00

Ərdoğan Afrika liderləri ilə görüşdü

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Afrika dövlətlərinin başçıları ilə görüş keçirir.

Dekabrın 16-da İstanbulda Türkiyə-Afrika Əməkdaşlığının III Sammiti açılıb.

Bu gün Prezident Ərdoğan Nigeriyadan və Somalidən olan həmkarları – Məhəmməd Buxari və Məhəmməd Abdulahi Fərməclə Dolmabaxça sarayında qapalı görüşlər keçirib.

Türkiyə Prezidenti Liviya Prezident Şurasının başçısı Məhəmməd əl Mənfi və Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten Arkanc Tuader ilə də görüşüb.

Sammit 18 dekabr tarixində başa çatacaq.

 

Hürr Tərcüman