📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır

2025-03-28 23:40:34

Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki ana müxalifətin özünə nəzarətin itirdiyini bildirib.

O, bu barədə İstanbulda çıxışı zamanı deyib.

“Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür biabırçılıq nümayiş etdirildi”, - dövlət başçısı söyləyib.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək. \\Report.Az