📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Arakçını qəbul etdi

2025-06-21 17:55:42

Ərdoğan Arakçını qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Arakçını qəbul edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Milli İstehbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da iştirak edib.