Ərdoğan artıq Netanyahunu həmsöhbət hesab eləmir
2023-11-04 14:27:58
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Preidenti R.T.Ərdoğan Türk Dövlətləri Təşkilatı dövlət başçılarının Qazaxıstanda keçirilmiş 10-cu sammitindən geri qayıdarkən təyyarədə mətbuat nümayəndələrinə müsahibə verib.
Prezident Ərdoğan jurnalistlərə açıqlamasında İsrailin Baş naziri ilə daha həmsöhbət olmayacağını deyib: “Netanyahu bizim üçün artıq heç bir halda danışa biləcəyimiz biri deyil. Onu sildik və atdıq”.
Hürr Tərcüman