📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Avropa əkdiyini biçir – Putini özləri bu vəziyyətə gətirdilər”

2022-09-06 13:02:00

Ərdoğan: “Avropa əkdiyini biçir – Putini özləri bu vəziyyətə gətirdilər”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qaz tədarükünün məhdudlaşdırılması səbəbindən Avropanın qarşıdakı qış ərzində ciddi problemlərlə üzləşəcəyini söyləyib.

Ərdoğan deyib: “Avropa əkdiyini biçir. Avropanın cənab Putinə münasibəti və Rusiyaya sanksiyalar tətbiq eləməsi istər-istəməz Putini “siz belə edirsinizsə, mən də belə edərəm” vəziyyətinə gətirib. Mənim fikrimcə, Avropa bu qışı ciddi problemlərlə keçirəcək. Hazırda Türkiyənin qaz tədarükü ilə bağlı problemləri yoxdur”.

Hürr Tərcüman