📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan "Avroviziya" müsabiqəsini tənqid edib - VİDEO

2024-05-21 12:49:15

Ərdoğan

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan "Avroviziya" mahnı müsabiqəsini kəskin tənqid edib. O, bildirib ki, hakimiyyət ölkəni "Avroviziya" biabırçılığından kənarlaşdırmaqla düzgün qərar qəbul edib. Türkiyə 2013-cü ilə qədər bu mahnı müsabiqəsində iştirak etmir. 
Prezident Ərdoğan "Avroviziya"da birinci olan İsveçrə təmsilçisi Nemonu tənqid edərək deyib: "Azadlıq maskası altında rol-model olaraq gənclərə təqdim edilən qəribə tiplərin kütləvi degenerasiyanın Troya atları olduğu aşkardır. Qlobal təzyiqin ən bariz olduğu sahələrdən biri gender neytrallaşdırma siyasətidir. Keçən həftə keçirilən “Avroviziya” yarışında bunun dünyada nə qədər qorxunc miqyasda olduğunun şahidi olduq. Aydındır ki, gənclərə təqdim olunan qəribə personajlar sosial degenerasiyanın korrupsiyanın Troya atlarıdır. Bunun şüurlu siyasət olduğunu hamı qəbul edir. Son 10-12 ildə Türkiyəni bu rüsvayçılıqdan qorumaq qərarının nə qədər düzgün verildiyini görürük”.
2024- cü il mayın 12-də, İsveçrəni təmsil edən Nemo "The Code" mahnısı ilə İsveçin Malmö şəhərində keçirilən 68-ci Avroviziya Mahnı Müsabiqəsinin finalının qalibi seçilib.
Hürr Tərcüman