Ərdoğan Azərbaycan Ali Məhkəməsinin sədrini qəbul etdi - FOTO
2023-07-06 23:50:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Twitter” hesabında yazıb.
O qeyd edib ki, İnam Kərimov həmçinin Türkiyənin Ali Apellyasiya Məhkəməsinin sədri Mehmet Akarca və ədliyyə naziri Yılmaz Tuncla da görüşüb.