📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Azərbaycan öz gücünü Vətən müharibəsində göstərdi”

2022-08-08 18:27:00

Ərdoğan: “Azərbaycan öz gücünü Vətən müharibəsində göstərdi”

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün Ankarada səfirlərin 13-cü konfransında çıxış edərkən Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin Azərbaycanın güclü geosiyasi fiqur olduğunu isbat elədiyini bildirib.

Ərdoğan deyib: “Bəllidir ki, savaş meydanında güclü olmadıqda masa arxasında güclü olmaq mümkün deyil. Buna ən parlaq nümunə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi prosesidir”.

Sonra Ərdoğan xatırladıb ki, Azərbaycan işğala və soyqırımına məruz qaldığı halda beynəlxalq ictimaiyyət buna heç bir reaksiya  göstərməyib: “Azərbaycanlı qardaşlarımız illərlə həm işğalın, həm də itkilərin ağrısı ilə yaşamaq məcburiyyətində qaldılar. Bu ədalətsizliyə son vermək Türkiyənin dəstəkləri ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. 44 gün davam edən qəhrəmancasına mübarizə nəticəsində Qarabağ yenidən azadlığa qovuşdu, 30 illik işğal başa çatdı. Əldə edilən razılaşmalarla Qafqazda yeni bir dövr başlanıb. Bu tarixi fürsətin əldən verilməməsi üçün güclü səy göstəririk. Bu günə qədər Azərbaycanla koordinasiyalı şəkildə bir çox addımlar atdıq. Radikal erməni dairələrinin sabotajlarına rəğmən Qafqazda daimi sabitlik yolunda mühüm məsafə qət etdik. Ermənistanla xüsusi nümayəndələr vasitəsi ilə başlatdığımız danışıqlar davam edir. Baş nazir Paşinyanın Qurban bayramı münasibəti ilə zəng elədiyi zaman çox konstruktiv söhbətimiz oldu. Ermənistanın hadisələri düzgün anlayaraq Azərbaycan ilə Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə regionumuzun qısa müddət ərzində sabitliyə qovuşacağına inanıram”.

Hürr Tərcüman