Ərdoğan Azərbaycana bu tarixdə gələcək
2023-06-09 14:32:00
Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərlərini iki ölkəyə edəcək.
Hurriyyet.az xəbər verir ki, dövlət başçısı iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana səfər edəcək.
O, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər keçirəcək.
Azərbaycan və Türkiyə prezidentləri Qafqazda sülh və sabitliyə yönəlmiş mesajlarla çıxış edəcəklər. (qafqazinfo)