📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Azərbaycana gələcək

2025-04-26 10:18:33

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək.

Bu barədə Hurriyyet.az "A Haber" telekanalına istinadla xəbər verir.

Bildirilir ki, Azərbaycana səfər Türkiyə liderinin bu ay və qarşıdakı aylar üçün nəzərdə tutulmuş xarici səfərlər təqvimində yer alıb.

Türkiyə prezidentinin aprelin 29-da İtaliyaya, mayın 3-də Şimali Kipr Türk Respublikasına, iyunda isə ABŞ-yə səfər edəcəyi gözlənilir.